Britaniyanın yeni səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

28 May 2026 12:55 (UTC+04:00)

Böyük Britaniyanın yeni səfiri Duncan Norman Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Aznews.az xəbər verir ki, səfir bununla bağlı "X" hesabında videomüraciət yayıb.

“28 may 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, demokratik parlament respublikasını qurdu. Dünyanın böyük bir hissəsi hələ bu ideyaları mənimsəmədiyi bir vaxtda Azərbaycan Demokratik Respublikasında qadınların səs vermək hüququ tanındı, parlament yaradıldı və müasir bir dövlət quruldu.

Mən Azərbaycanda olduğum yolun hələ ən başındayam. Amma artıq bildiyim bir şey var ki, bu ölkənin tarixi qədim köklərə malikdir, xalq bu tarixi qürurla daşıyır. M

üstəqillik Günün mübarək, Azərbaycan! Bir kərə yüksələn bayraq bir daha enməz!”, - diplomat bildirib.