Prezident 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi, onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı

28 May 2026 15:57 (UTC+04:00)

Bu faktdır ki, o vaxt - 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi.

Aznews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirib.

“Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq”, - Prezident İlham Əliyev qeyd edib.