İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməkdən imtina edib

29 May 2026 15:44 (UTC+04:00)

İran zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü bir ölkəyə və ya vasitəçi tərəfə verməyi planlaşdırmır.

Aznews.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi deyib.

O, ölkəsinin Hörmüz boğazı üzərində idarəçiliyinin daimi olacağını və buna şübhə olmadığını vurğulayıb.

Zənginləşdirilmiş uranın isə heç bir ölkəyə köçürülməyəcəyini bildirən Əzizi bu cür fikirlərin haradan qaynaqlandığını bilmədiyini qeyd edib.

“ABŞ öz rəftarına yenidən baxmalıdır. Əks halda, danışıqlarda heç bir müvəffəqiyyət əldə olunmayacaq”, - komissiya sədri deyib.