NATO Rusiya dronu ilə əlaqədar fövqəladə iclas keçirəcək

29 May 2026 16:00 (UTC+04:00)

NATO Rumıniyada pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi ilə əlaqədar fövqəladə iclas keçirəcək.

Aznews.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

“Bu məsələ birgə iclasda müzakirə olunacaq”, — deyə Finlandiya Prezidenti Aleksandr Stubb "X" sosial şəbəkəsində yazıb.

Stubb əlavə təfərrüat açıqlamayıb.

NATO baş katibi Mark Rütte də "X" platformasında insidenti qəti şəkildə pisləyib.

Xatırladaq ki, mayın 29-na keçən gecə Ukraynanın Odessa vilayəti ilə sərhəd yaxınlığında yerləşən Rumıniyanın Qalati şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.