ABŞ Prezidenti Donald Trampın səhhəti əla vəziyyətdədir və o, vəzifələrini tam şəkildə yerinə yetirmək iqtidarındadır.
AzNews.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı rəsmi tibbi hesabatda qeyd olunub.
Bildirilib ki, ABŞ lideri mayın 26-da planlı tibbi müayinədən keçib. Təqdim olunan sənəddə terapevt xüsusilə vurğulayıb ki, Trampın ürəyi və ağciyərləri sağlamdır.
“Təfəkkür və fiziki göstəricilər əladır. O, ali baş komandan və dövlət başçısı vəzifələrini yerinə yetirməyə tam qadirdir”, - tibbi rəydə qeyd olunub.
Qeyd edək ki, daha əvvəl Elson S.Floyd adına Tibb Kollecinin professoru Bryus Davidson ABŞ lideri Donald Trampın ikinci prezidentlik müddətində insult keçirmiş ola biləcəyi barədə açıqlama vermişdi.