Otamendi 38 yaşında "River Pleyt"ə keçdi

30 May 2026 12:13 (UTC+04:00)

Argentina millisinin müdafiəçisi Nikolas Otamendinin yeni klubu müəyyənləşib.

AzNews.az xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

O, "River Pleyt"lə 2027-ci il dekabrın 31-nə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, N.Otamendi 2020-ci ildən "Benfika"da çıxış edirdi. O, "Portu", "Valensiya" və "Mançester Siti"də oynayıb.