Münxen beynəlxalq hava limanı səmada pilotsuz uçuş aparatı olduğu ehtimal edilən naməlum obyektin görünməsi səbəbindən bağlanıb.
AzNews.az xəbər verir ki, bu barədə "Bild" nəşri Federal Polis nümayəndəsi Ştefan Bayer bildirib.
"Səhər saat 9 radələrində pilotlar şübhəli obyekt müşahidə ediblər", - o qeyd edib.
Hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb, polis genişmiqyaslı əməliyyat keçirir. Polis əməkdaşları PUA ilə bağlı əlavə dəlillərin olub-olmadığını yoxlayırlar. Əməliyyata helikopter də cəlb edilib.
Təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti dayandırılıb və nə zaman bərpa olunacağı məlum deyil.