Oğuzda ağır qəzadan sonra sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ - FOTO

30 May 2026 13:39 (UTC+04:00)

Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün xilasetmə görüntüləri ortaya çıxıb.

AzNews.az xəbər verir ki, sözügedən kadrları Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib

12:24

Səhər saat 9 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində Şəki sakini Amil Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü A.Əmiraslanov və sərnişin - 46 yaşlı Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

AzNews.az APA-ya istinadən xəbər verir ki, avtomobildə sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü yanğınsöndürən xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

10:02

Oğuz rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonu, Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və 1981-ci il təvəllüdlü sərnişin Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.