ABŞ Silahlı Qüvvələri növbəti dəfə Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu ehtimal edilən katerə zərbələr endirib.
AzNews.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı X hesabında məlumat yayıb.
"Zərbə nəticəsində 3 nəfər həlak olub. Amerikalı hərbçilər arasında itki yoxdur", - açıqlamada qeyd olunub.