Britaniyanın bu addımı Kiprdə təşvişə səbəb oldu

30 May 2026 14:58 (UTC+04:00)

Böyük Britaniyanın Cənubi Kiprdə “Akrotiri” (Ağrotur) bazası ərazisində 32 yeni hərbi rabitə antenası quraşdırmaq planlarını açıqlaması bölgədə təşvişə səbəb olub.

AzNews.az Axar.az-a istinadla xəbər verir ki, yerli əhali də radiasiya tullantıları ilə bağlı narahatlıqlarını əsas gətirərək antenlərin quraşdırılmasına qarşı çıxıb.

Bildirilib ki, bu, xərcəngə yoluxma riskini daha da artırır.

Sakinlərin reaksiyasından sonra Kourion Bələdiyyəsi (Sözügedən baza bu ərazidə yerləşir – red) hüquqi ekspert rəyi tələb edib. Eyni zamanda qeyd olunub ki, problem lazım gələrsə Avropa İnsan Hüquqları Məhkəməsində də qaldırıla bilər.