Mafiya babası həbs edildi

24 Sentyabr 2013 22:51 (UTC+04:00)

İtaliyanın ən çox axtarılan mafiya babalarından biri olan Massimiliano Sestito ölkənin şimalındakı Centalo şəhərində istirahət edərkən həbs edilib. 42 yaşlı mafiya başçısının qumun üzərində əlləri qandallanmış halda şəkilləri yayılıb. 1991-ci ildə polis öldürdüyü üçün 20 il həbsdə qalandan sonra Sestitoya şərti həbs cəzası verilmişdi. Lakin o polislərdən gizləndiyi üçün qaçaq hesab edilirdi.

AzNews.az