Bəzi ərazilərdə magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

30 May 2026 15:58 (UTC+04:00)

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Aznews.az xəbər verir ki, Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.