"Mançester Siti" "Çelsi"nin müdafiəçisi Mark Kukurelya üçün danışıqlara başlayıb

30 May 2026 16:15 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Çelsi"nin 27 yaşlı müdafiəçisi Mark Kukurelya ilə danışıqlar aparır.

Aznews.az xəbər verir ki, futbolçu komandanın yeni baş məşqçisi Entso Mareskanın təklifini müsbət cavablandıracağı təqdirdə gözlənilən transfer baş tuta bilər.

Müdafiəçi mövsüm ərzində "Çelsi"nin heyətində meydana çıxdığı 50 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, M.Kukurelyanın klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı arxa xətt oyunçusunun dəyərini 50 milyon avro qiymətləndirir.