Azərbaycanın Vaşinqtondakı səfirliyi Kennedi Mərkəzində 28 May - Müstəqillik Günü və Silahlı Qüvvələr Günü ilə münasibətilə rəsmi qəbul təşkil edib.
Bu barədə səfirlikdən bildirilib.
Tədbirdə ABŞ-nin hökumət rəsmiləri və hərbçiləri, habelə diplomatlar və Azərbaycan-Amerika icmasının üzvləri iştirak ediblər.
Mərasimdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının gücü, habelə müdafiə, iqtisadi inkişaf, regional təhlükəsizlik sahələrində artan əməkdaşlıq vurğulanıb.
Aznews.az