ABŞ və İran arasında danışıqlar ləng irəliləyir - Tramp

31 May 2026 10:10 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların gözləniləndən daha yavaş getdiyini bildirib.

"Fox News"a müsahibəsində Tramp iranlıların sərt danışıq aparan tərəf olduğunu deyib.

Onun sözlərinə görə, ABŞ istədiyi nəticələrə tədricən yaxınlaşır, lakin proses vaxt aparır.

ABŞ lideri qeyd edib ki, tələsmək yaxşı razılaşmanın əldə olunmasına mane ola bilər.

Aznews.az