Həsən Ruhani etiraf etdi
25 Sentyabr 2013 07:30 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani Holokost soyqırımı faktının olduğunu etiraf edib və onu faşistlərin yəhudi xalqına qarşı törətdiyi cinayət adlandırıb.
Bunu Həsən Ruhani CNN telekanalına müsahibəsində bəyan edib.
Qeyd edək ki, İranın əvvəlki prezidenti Mahmud Əhmədinejad dəfələrlə Holokostu inkar edib.
O ardıcıl olaraq verdiyi bəyanatlarda 1930-40-cı illərdə etnik əlamətə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsi siyasətinin olduğunu inkar edib.(apa)
AzNews.az