ŞOK: İrana təhsil almağa gedən uşaqlar casus kimi qayıdır- Qalmaqal

25 Sentyabr 2013 07:47 (UTC+04:00)
Türkiyədən təhsil almaq üçün İrana gedən uşaqların casusluq fəaliyyətinə cəlb edilməsi ilə bağlı qalmaqal yaranıb.


Ağrı Doğubeyazıt Cümhuriyyət Savcılığı (prokurorluq) bununla əlaqədar araşdırmalara başlayıb. Yaşları 13-19 arası olan 25 nəfərlik qrup Gürbulaq sərhəd keçid məntəqəsində saxlanılaraq sorğu-sual edilib.

Uşaqlar ailələrinə qaytarılıb, qrupa rəhbərlik edən K.A. isə saxlanılıb.

Türkiyə mətbuatının məlumatına görə, araşdırma zamanı müxtəlif mədrəsələrə göndərilən uşaqların daha sonradan bir araya gətirilərək dini və siyasi təlim keçdiyi ortaya çıxıb.

Məlum olub ki, uşaqlar İran islam inqilabının rəhbəri Xomeyninin evini və şiələrin müqəddəs məkanlarını ziyarət ediblər.

14 yaşlı M.K. İranda olduqları müddətdə bütün xərclərinin Camia-tul Mustafa Universiteti tərəfindən ödənildiyini bildirib. Uşaqların sözlərinə görə, görüşlər zamanı iranlı mollalar onlara İrandakı bəzi müqəddəs məkanları ziyarət etməyin Həcc ziyarətindən 100 dəfə dəyərli olduğunu bildiriblər.

Elnur
AzNews.az