İran hökumətinin sözçüsü Fatimə Mühacirani Prezident Məsud Pezeşkianın istefası ilə bağlı yayılan iddialara münasibət bildirərək bu xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
Mühacirani “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Pezeşkian administrasiyası çətin günlərdə İran xalqının yanında olduğunu sübut edib.
Onun sözlərinə görə, hökumət hazırda ölkənin üzləşdiyi problemlərin həlli və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
“Pezeşkian hökuməti xalqın rifahını yüksəltmək və ölkədə mövcud problemləri aradan qaldırmaq üçün işini davam etdirir”, – deyə Mühacirani qeyd edib.
Beləliklə, İran rəsmiləri Prezident Məsud Pezeşkianın istefa verəcəyi ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumatları rədd edərək, hökumətin fəaliyyətini normal qaydada davam etdirdiyini bildiriblər.
Mövsüm,
AzNews.az