Bu barədə iyunun 2-də mərasimin təşkilat komitəsinin katibi məlumat verib.
Onun sözlərinə görə, iyunun 4-də keçiriləcək tədbirlə bağlı nazirlərə, deputatlara, dövlət qurumlarının rəhbərlərinə və hərbi komandanlığa rəsmi dəvətlər göndərilməyib.
Komitə nümayəndəsi bildirib ki, belə qərar ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş bir sıra səbəblərə görə qəbul olunub. Lakin həmin səbəblər ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Ruhullah Xomeyni 1989-cu il iyunun 3-də vəfat edib. Hər il onun məzar kompleksi ətrafında minlərlə insanın iştirakı ilə anım mərasimləri keçirilir və tədbirə xarici nümayəndə heyətləri də qatılırdı. Bu il isə İran rəhbərliyi mərasimin formatında dəyişiklik edərək rəsmi və beynəlxalq qonaqların iştirakından imtina edib.
Mövsüm,
AzNews.az