MTN generalı vəfat etdi

1 İyun 2026 14:51 (UTC+04:00)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

AzNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün torpağa tapşırılacaq.