Bu barədə iyunun 1-də ölkənin xarici işlər naziri Espen Bart Eide “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Norveç Avropa İqtisadi Məkanına qoşulduğu dövrdə dünyada vahid bazarın genişlənməsi tendensiyası hökm sürürdü və beynəlxalq mühit daha əlverişli idi.
“Avropa İqtisadi Məkanına qoşularkən biz vahid bazarın formalaşdığı yeni bir tendensiyaya daxil olduq. Həmin vaxtdan 30 il keçib. O əlverişli dünya artıq mövcud deyil və etiraf etməliyik ki, indi daha mürəkkəb şəraitdə yaşayırıq”, – deyə Eide qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, 1972 və 1994-cü illərdə keçirilən referendumlar zamanı mövcud olan şərtlər bu gün tamamilə dəyişib. Həmin dövrdə Norveç vətəndaşlarının Aİ-yə üzvlüyə qarşı çıxmasının əsas səbəbləri balıqçılıq və kənd təsərrüfatı sektorlarının gələcəyi ilə bağlı narahatlıqlar idi.
Eide hesab edir ki, hazırkı geosiyasi reallıqlar və beynəlxalq iqtisadi dəyişikliklər Norveçin Avropa ilə inteqrasiya məsələsinə yenidən yanaşmasını zəruri edə bilər.
Qeyd edək ki, Norveç iki dəfə – 1972 və 1994-cü illərdə keçirilən referendumlarda Avropa İttifaqına üzvlüyü rədd edib. Buna baxmayaraq, ölkə Avropa İqtisadi Məkanı vasitəsilə Aİ ilə sıx iqtisadi əməkdaşlığı davam etdirir.
Mövsüm,
AzNews.az