İran danışıqları dayandırdığı barədə ABŞ-a məlumat verməyib - Tramp

1 İyun 2026 22:47 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırması ilə bağlı Vaşinqtona hər hansı məlumat vermədiyini bildirib.

"NBC News"a açıqlamasında Tramp İranla bağlı məsələlərin həddindən artıq müzakirə edildiyini qeyd edib.

“Məncə, biz bu barədə həddindən artıq danışmışıq. Düşünürəm ki, bir az susmaq yaxşı olardı”, - ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, danışıqların mümkün dayandırılması İranın yenidən bombardman olunacağı anlamına gəlmir.

Bununla yanaşı, o bildirib ki, ABŞ İran ətrafında tətbiq etdiyi dəniz blokadasını davam etdirəcək.