5 yaşlı uşaq su anbarında boğuldu

1 İyun 2026 23:33 (UTC+04:00)

Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.

Aznews.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib.

Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.