Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyunun 2-dən Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalını məhdudlaşdıracaq.
Aznews.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu məhdudiyyətlər Ermənistan meyvələrinin Rusiyaya tədarükü zamanı pozuntu hallarının çoxalması ilə əlaqədar tətbiq edilib.
"Yaranmış vəziyyət Rusiya və Avrasiya İqtisadi İttifaqı ərazisinin fitosanitar rifahını, eləcə də Rusiyada sənaye bağçılığının, meyvəçiliyin və üzümçülüyün dövlət dəstəyi proqramlarının həyata keçirilməsini təhlükə altına alır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2026-cı il iyunun 2-dən çəyirdəkli meyvə bitkilərinin, albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzümün idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilir", - məlumatda bildirilir.
Qeyd edək ki, "Rosselxoznadzor" urum məhdudlaşdırıcı tədbirlər barədə hələ mayın 28-də anons verib.