Dəmir yoluna çıxan kişini qatar vurdu

2 İyun 2026 09:41 (UTC+04:00)

Bakıda dəmir yoluna çıxan kişini qatar vurub.

Aznews.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Hadisə nəticəsində Anar Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.