56 aptekdə yoxlama - 18-də nöqsan tapıldı

2 İyun 2026 13:59 (UTC+04:00)

May ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.