Əl-Cəzirə: Livanın İsraillə müharibədən itkiləri 20 milyard dolları keçib

2 İyun 2026 14:17 (UTC+04:00)

Livanın İsraillə müharibədən itkiləri 20 milyard dolları keçib və hərbi əməliyyatlar davam edərsə, 25 milyard dollara çata bilər.

Əl-Cəzirə telekanalı bu barədə məlumat yayıb.

Nəşr bildirib ki, "Livanın maliyyə naziri Yassin Caber müharibənin itkilərinin 20 milyard dolları keçdiyini bildirib".

Nazir qeyd edib ki, iqtisadi və sosial zərərin tam miqyası yalnız hərbi əməliyyatların bitməsindən və qaçqınların viran qalmış ərazilərə qayıtmasından sonra aydın olacaq.

Mövsüm,

AzNews.az