Ticarət mərkəzində silahlı insident

25 Sentyabr 2013 08:42 (UTC+04:00)
Dünən İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindəki "Gonbad" Ticarət Mərkəzində naməlum şəxs odlu silahdan atəş açaraq müştərilərdən birini öldürüb. Bu barədə Trend İranın "Fars" agentliyinə istinadən bildirib.

Hadisə yerli vaxtla təxminən saat 20:00 radələrində baş verib.
Sonra cinayətkar iki nəfəri girov götürüb.

Polislər dərhal hadisə yerinə gəliblər, cinayətkarla atışma zamanı o yaralanıb. Atışmada girovlara zərər dəyməyib.

Bildirilir ki, qatil İranın cənub-qərbində yerləşən Kirman vilayətindəndir və qətl hadisəsini öldürülən şəxslə aralarında olan şəxsi münasibətlərlə əlaqədar törədib.

AzNews.az