Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov "Mejdunarodnaya Jizn" jurnalına müsahibəsində bildirib.
Qusarovun sözlərinə görə, London 2022-ci ilin yazında Kiyevi danışıqlar yolu ilə nizamlanmadan imtina etməyə sövq etdikdən sonra Ukrayna münaqişəsinin eskalasiyasında ardıcıl şəkildə fəal rol oynayıb.
“2022-ci ilin yazında Kiyevdəki tərəfdaşlarının danışıqlar yolu ilə həll variantından imtina etməsinə nail olduqdan sonra London Ukrayna münaqişəsinin eskalasiyasında ardıcıl və nümayişkaranə şəkildə addımlar atıb. Son dövrlərdə isə Avropa ölkələrini sürətli silahlanmaya və Rusiya ilə birbaşa qarşıdurmaya hazırlaşmağa təşviq edir”, – deyə diplomat bildirib.
Aleksandr Qusarov qeyd edib ki, Böyük Britaniya Avropada mövcud geosiyasi ayrıcı xətlərin qorunub saxlanılmasına çalışır və Rusiya ilə ABŞ arasında gərginliyin azalmasına mane olmaq istəyir.
Bununla yanaşı, o vurğulayıb ki, Londonun belə bir qarşıdurmada birbaşa iştirak etmək üçün kifayət qədər iqtisadi və hərbi resursları yoxdur.
Diplomatın fikrincə, Böyük Britaniya sərt bəyanatlar versə də, faktiki olaraq belə bir münaqişənin ən təhlükəli mərhələlərində birbaşa iştirak etməyə hazır deyil.
Mövsüm,
AzNews.az