Bu barədə Bəhreyn Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Bəhreyn Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemləri üç raketi və bir sıra pilotsuz uçuş aparatını uğurla aşkar edərək zərərsizləşdirib.
Məlumata görə, aşkarlanan bütün hava hədəfləri məhv edilib və onların ölkə ərazisinə zərər vurmasının qarşısı alınıb.
Bəhreyn hərbi rəhbərliyi həmçinin silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.
Qeyd olunub ki, ordunun bölmələri krallığın ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması üzrə vəzifələrini yerinə yetirməyə davam edir.
Hücumların kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib. Bununla yanaşı, Bəhreyn rəsmiləri ölkənin hava məkanının və strateji obyektlərinin mühafizəsinin gücləndirildiyini bildiriblər.
Mövsüm,
AzNews.az