Əli İnsanov məhkəmədə uduzdu

25 Sentyabr 2013 09:17 (UTC+04:00)
Bakı Apellyasiya Məhkəməsində hazırda həbsə olan sabiq səhiyyə naziri Əli İnsanovun Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən məlumatına görə, prosesdə qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin bu iddia üzrə qərar çıxarmasını düzgün saymayıb və ləğv edib. Məhkəmə qərarında iddianın qeyri-mümkün olması qeyd olunub.

Qeyd edək ki, Ə. İnsanov çıxarışın dublikatının verilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddiada Ə. İnsanov həbs edilən zaman evindən götürülən sənədlərə dair çıxarışların dublikatının verilməsini tələb edilib. Məhkəmə iddianı təmin etməyib.

Həmin qərardan narazı qalan Ə. İnsanov apellyasiya şikayəti verib.

AzNews.az