Tramp bu barədə yayımlanan "Pod Force One" podkastına müsahibəsində danışıb.
“Bizə quru qoşunları lazım deyil. Onların hərbi imkanlarının böyük hissəsini sadəcə bombardmanlarla məhv etdik”, – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Vaşinqton genişmiqyaslı quru əməliyyatına əl atmayıb və belə bir addımın atılmasını məqsədəuyğun hesab etmir.
“Biz hamını əraziyə yeritmədik. Siz belə bir şey etmək istəməzsiniz”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin İran ətrafında vəziyyətin sürətlə dəyişdiyini və hadisələrin müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
“Vəziyyət çox sürətlə dəyişir və yaxşı istiqamətdə irəliləyir. İran nüvə silahına sahib olmayacaq və bununla yanaşı bir çox başqa müsbət hadisələr də baş verəcək”, – deyə Tramp qeyd edib.
Mövsüm,
AzNews.az