Avropa Parlamenti daxili kompüterlərdə axtarış sistemi kimi "Google"dan imtina edərək Fransa mənşəli "Qwant" axtarış sisteminə keçib.
Bu barədə Aznews.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Avropa Parlamenti daxili istifadə üçün standart axtarış sistemi olaraq "Google"dan imtina etmək və onun yerinə "Qwant" istifadə etmək barədə qərar qəbul edib.
4 iyundan etibarən əməkdaşlar və deputatlar yeni sistemdən istifadə edəcəklər. Bu barədə Avropa Parlamentinin daxili bildirişində qeyd olunub.
Qərar qurumun rəqəmsal suverenlik və istifadəçi şəxsi məlumatlarının qorunması siyasəti ilə əsaslandırılır.