Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək.
Aznews.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.