Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

4 İyun 2026 12:37 (UTC+04:00)

Azərbaycanın ən yaşlı sakini vəfat edib.

Aznews.az xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.

Azərbaycanın ən yaşlı sakini olan 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş.