Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) gələcəkdə əhəmiyyətli dərəcədə genişlənə biləcəyini bildirib. O, Aİ-yə üzv ölkələrin sayının hazırkı 27-dən 40-a çatdırılması ideyasını irəli sürüb.
Aleksandr Stubbun sözlərinə görə, ilk növbədə Norveç, İslandiya, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına qəbul edilməsi nəzərdən keçirilməlidir. Bundan sonra isə Türkiyənin üzvlüyü məsələsinə ciddi şəkildə baxılmasının vacib olduğunu vurğulayıb.
Finlandiya lideri çıxışı zamanı Kanadanın da gələcəkdə Aİ-yə qoşulması ideyasını dəstəklədiyini bildirib. O, bu barədə danışarkən belə deyib:
“Kanadanın ABŞ-ın 51-ci ştatı deyil, Avropa İttifaqının 28-ci üzv dövləti olması gözəl olmazdımı?”
Stubb hesab edir ki, dəyişən qlobal siyasi və iqtisadi şərait fonunda Avropa daha geniş və güclü inteqrasiya modelinə ehtiyac duyur. Onun fikrincə, Aİ-nin genişlənməsi həm təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından qurumun mövqeyini gücləndirə bilər.
Mövsüm,
AzNews.az