Qalibaf: İrana qarşı təhdidlərin cavabsız qaldığı dövr başa çatıb

4 İyun 2026 13:04 (UTC+04:00)

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İrana qarşı təhdidlərin heç bir nəticə doğurmadığı dövr artıq geridə qalıb və ölkəyə qarşı istənilən hücum qəti, peşmanedici və adekvat cavabla qarşılanacaq.

İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin vəfatının ildönümü münasibətilə yaydığı müraciətdə Qalibaf qeyd edib ki, İmam Xomeyni İran xalqına təzyiq və hegemonluq qarşısında geri çəkilməməyi öyrədib.

O bildirib ki, İran xalqı həmin düşüncə məktəbindən ilham alaraq ABŞ və İsrailə qarşı mübarizəsində göstərib ki, artıq İrana qarşı təhdidlərin cavabsız qaldığı dövr başa çatıb.

“İrana qarşı istənilən təcavüz qəti, peşmanedici və adekvat cavabla qarşılanacaq”, – deyə Qalibaf vurğulayıb.

Parlament sədri əlavə edib ki, İnqilabın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi altında İran güc, ləyaqət və inkişaf yolunda inamla irəliləməyə davam edir.

Mövsüm,

AzNews.az