Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə davam edən müharibənin yaratdığı enerji böhranı səbəbindən 2026-cı ildə 1,3 milyona qədər iş yerini itirə bilər.
Bu barədə Aİ-nin məşğulluq və sosial hüquqlar üzrə komissarı Roksana Minzatu açıqlama verib.
Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinin artması xüsusilə enerji tutumlu sənaye sahələrinə ciddi təsir göstərir.
“Yaxın Şərqdəki müharibə səbəbindən 1,3 milyona qədər iş yeri təhlükə altındadır. Bu, ilk növbədə enerji tutumlu sənaye sahələrində çalışanlara aiddir”, – deyə Mizatu bildirib.
Avropa Komissarının qiymətləndirməsinə əsasən, ən böyük ixtisarlar avtomobil sənayesində gözlənilir. Bu sahədə təxminən 600 min nəfərin işini itirə biləcəyi qeyd olunur.
Bundan başqa, tikinti, metallurgiya, kimya sənayesi və nəqliyyat sektorlarında da ciddi azalmaların baş verməsi ehtimal edilir. Hesablamalara görə, bu sahələrdə ümumilikdə 56 minə yaxın iş yeri risk altındadır.
Aİ rəsmiləri hesab edirlər ki, enerji qiymətlərindəki artımın davam etməsi Avropa iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq və bir sıra sənaye müəssisələrinin fəaliyyətini çətinləşdirəcək.
Mövsüm,
AzNews.az