İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzai ABŞ və İran arasında müharibənin başa çatdırılmasına yönəlmiş memorandum layihəsi ilə bağlı açıqlama verib.
Rzai İran dövlət televiziyasına müsahibəsində bildirib ki, hazırda üzərində işlənən memorandumun mətnində hələ də aydınlaşdırılması vacib olan bir sıra qeyri-müəyyən məqamlar qalır.
Onun sözlərinə görə, tərəflər arasında bəzi məsələlər üzrə yekun razılıq əldə olunmayıb və sənədin tam formalaşması üçün əlavə müzakirələrə ehtiyac var.
Möhsün Rzai həmçinin iddia edib ki, ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etməyə çalışır.
İran rəsmisi Tramp administrasiyasının Tehranın tələblərinə dair məsələləri qeyri-müəyyən saxlamağa çalışdığını və bunun danışıqlar prosesini çətinləşdirdiyini bildirib.
Rzainin fikrincə, yekun razılığın əldə olunması üçün bütün mübahisəli məsələlərin açıq və dəqiq şəkildə sənəddə əks olunması vacibdir.
Mövsüm,
AzNews.az