Əraqçi AÇIQLADI... Xamenei bu səbəbə görə ictimaiyyət qarşısına çıxmır

5 İyun 2026 14:20 (UTC+04:00)

İranın ali dini lideri Ayətullah Müctəba Xamenei təhlükəsizlik məsələlərinə görə ictimai tədbirlərdə görünmür.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Əraqçi “Al-Mayadeen” telekanalına müsahibəsində deyib ki, Xamenei ölkədə baş verən proseslərə yaxından nəzarət edir və dövlət idarəçiliyində aktiv rol oynamaqda davam edir.

“Ali lider ölkədəki hadisələrin inkişafına ciddi təsir göstərir və idarəetmə prosesini əlində saxlayır. Lakin təhlükəsizlik səbəbilə aidiyyəti qurumlar onun ictimaiyyət qarşısında daha çox görünməsini məqsədəuyğun hesab etmirlər”, – deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, İran hökuməti ali liderlə daim əlaqə saxlayır və Müctəba Xamenei ölkənin strateji qərarlarının qəbulunda birbaşa iştirak edir.

Əraqçi vurğulayıb ki, Xameneinin ictimai tədbirlərdə iştirakının məhdudlaşdırılması onun dövlət idarəçiliyindəki roluna və qərarvermə prosesindəki təsirinə heç bir şəkildə mane olmur.

Mövsüm,

AzNews.az