Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq- İranda

25 Sentyabr 2013 11:10 (UTC+04:00)
İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə çərşənbə günü Bakıda keçirdiyi brifinqdə bildirib ki, səfər zamanı Xocalı şəhidləri və faciəsi ilə bağlı müzakirə aparılıb:

"Razılaşdırıldı ki, iki ölkənin parlamentlərinin dostluq qrupları müştərək şəkildə məktub hazırlasınlar və İran parlamentinə ünvanlasınlar. Bununla da İran parlamenti Xocalı şəhidləri haqda öz mövqeyini bildirsin. İran öz dövlətini və müstəqilliiyini qorumaq üçün çoxlu şəhidlər verib. Azərbaycan xalqının dərdlərinə şərikik və bunu hiss edirik. İran və Azərbaycan arasındakı sərhədlərinin sülh və təhlükəsiz sərhədləri olmasına görə sevinirik".

Deputat deyib ki, Dağlıq Qarabağ mövzusu İran İslam Respublikasının həssaslıqla yanaşdığı bir münaqişədir: "İranın fikrincə regional münaqişələrin həllində hər cür kənar müdaxilənin olması düzgün deyil".

AzNews.az