Kreml: Zelenskinin Moskvaya səfər dəvəti qüvvədədir

6 İyun 2026 00:20 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenskini Moskvaya danışıqlara dəvət etməsi ilə bağlı təklif hələ də qüvvədədir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Peskovdan Putinin forumun plenar iclasındakı çıxışından sonra Zelenskiyə ünvanlanan dəvətin geri götürülüb-götürülmədiyi soruşulub.

“Qətiyyən yox”, – deyə Kremlin nümayəndəsi cavab verib.

O, jurnalistləri Rusiya prezidentinin sözlərini təhrif etməməyə çağırıb.

“Prezident belə bir şey deməyib. Xahiş edirəm, onun adından sözlər uydurmayın”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun builki – 29-cu iclası iyunun 3-dən 6-dək keçirilir. Forumun əsas mövzusu “Praqmatik dialoq: sabit gələcəyə gedən yol” kimi müəyyənləşdirilib.

Rusiya və Ukrayna arasında münaqişənin davam etdiyi bir vaxtda Kremlin Zelenskiyə ünvanladığı danışıqlar təklifinin qüvvədə qaldığını bəyan etməsi beynəlxalq diqqət çəkən açıqlamalardan biri kimi qiymətləndirilir.

Mövsüm,

AzNews.az