Dünyanın Facebook xəritəsi hazırlandı

25 Sentyabr 2013 11:25 (UTC+04:00)
Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook istifadəçilərinin yaşadığı ölkələr və onların əlaqələrini əks etdirən qlobal virtual ünsiyyət xəritəsini hazırlayıb.

1,11 milyard istifadəçisi olan Facebook-un istifadəçilərinin sayı ilə onların məskunlaşdıqları arealları əks etdirən xəritə "Mavi dünya" adlanır. Xəritənin belə adlandırılması Facebook-un brend çaları olan mavi rənglə bağlıdır.

Bundan başqa, xəritədə 2010-cu illə müqayisə də var.
Müqayisədən görünür ki, 2010-cu ildəni bəri dünyada Facebook istifadəçilərinin sayı 23 faiz artıb.

Artım Hindistan, Afrika və Cənubi Amerikada daha sürətli olub.

Çin, Şimali Koreya və Facebook-un yasaqlandığı digər ölkələrdə isə sosial şəbəkə xəritədə "qara ləkə" formasındadır.(milli.az)

AzNews.az