"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"də dəyişiklik edilib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısına yeni redaksiya verilib.
Belə ki, siyahıya Məhkəmə yerquruluşu ekspertizası (Məhkəmə yerquruluşu obyektlərinin tədqiqi) ixtisası əlavə olunub.