Zaporojyeyə dronlarla hücum: ölənlər var

6 İyun 2026 10:55 (UTC+04:00)

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə dronlarla hücum edib.

AzNews.az xəbər verir ki, bu barədə Zaporojye Xüsusi Əməliyyatlar Komandanlığından bildirilib.

Məlumata görə, hücumlar nəticəsində sənaye infrastruktur obyektlərinə ziyan dəyib.

Obyektlərdən birində iki işçinin öldüyü qeyd olunub.