Naxçıvan sakinlərinə şad xəbər

6 İyun 2026 11:30 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası üzrə iyun ayının pensiya ödənişləri yekunlaşıb.

AzNews.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişi başa çatdırılıb.