Kolumbiyada mədəndə partlayış: Yeddi nəfər öldü

6 İyun 2026 13:28 (UTC+04:00)

Kolumbiyada şaxtada baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.

AzNews.az xəbər verir ki, bu barədə "La FM" məlumat yayıb.

Axtarış-xilasetmə əməliyyatı zamanı Kundinamarka bölgəsində "La Veqa" mədəninin daxilində baş vermiş partlayışdan sonra dağıntılar altında qalan yeddi işçinin meyitləri aşkar edilib.

Partlayışın səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır.