Süleyman Dəmirələ qarşı ittiham irəli sürüldü

25 Sentyabr 2013 11:51 (UTC+04:00)
Türkiyənin şabiq Prezidenti Süleyman Dəmirələ 1997-ci il fevralın 28-də baş tutmuş hərbi çevrilişdə iştirak üzrə ittiham irəli sürülüb.

S. Dəmirələ qarşı ittiham Ərzurum vilayətinin Cinayət Məhkəməsi vasitəsilə irəli sürülüb.

Qeyd edək ki, 1997-ci il çevrilişlə bağlı iş üzrə artıq bir sıra yüksəkrütbəli hərbçi azadlıqdan məhrum edilib. Onlar arasında Çevik Bir, Erol Özkasnak da var.(trend)

AzNews.az