Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA

6 İyun 2026 19:23 (UTC+04:00)

İyunun 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

Aznews.az xəbər verir ki, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.