Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb

6 İyun 2026 19:41 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır.

Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 15,3 % artaraq 27 milyon 730 min dollar, bu ölkədən idxalının dəyəri isə 28,8 % azalaraq 310 milyon 878 min dollar olub.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,7 %-i qədər olub. 4 ayda ABŞ-yə ixrac ümumi ixracın 0,2 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 5,6 %-ni təşkil edib.